Kessa Concept 1950-ci ildən xidmətinizdədir.

Şirkətimiz Türkiyənin paytaxtı Ankara şəhərində mebel ticarəti sektorunda fəaliyyətə başlamışdır.

2003-cü ildə Azərbaycanda ilk addımımızı ARCHE mebel mağazamızı açaraq modern üslublu mebellərlə müştərilərimizə rahatlıq və müasirlik bəxş etdik. Avangard zövqünü yaşatmaq və özəl olaraq bu üslubu sevən insanlar üçün 2007-ci ildə MOZEN mağazamızı açdıq.

Sayca üçüncü olan KESSA CONCEPT mebel mağzamızı 2011-ci ildə sizlərin xidmətinə verdik. Bu dəfə də tam fərqli olaraq - Romantic Barocco üslubu ilə Azərbaycanda yenilik etməyə nail olduq.

2011-ci ildə KESSA KIDS mebel mağazamızı açdıq. Yenə tələbatı göz önünə alaraq bu mağazamızda da türk mebeliylə yanaşı İtalya istehsalı olan mebellərin də satışına başladıq.

2012-ci ildən ölkəmizdə italyan mebelinə olan marağı nəzərə alaraq, İtalyanın öndə gedən firmaları ilə Azərbaycanda KESSA ITALY adı altında yeni mağazamızı sizlərin xidmətinə verdik.

2019-cu ildə dizayn və mebel zövqünün yaratdığı təlabatı nəzərə alaraq şəhərin ən gözəl yerlərindən biri olan Heydər Əliyev prospektində Arche Luxury adlı mağazamızı və markamızı yenidən bərpa etdik.

Eyni ildə ölkəmizdə mebel sektoruna nəzərən zəif inkişaf etdiyini analiz etdiyimiz döşək, yastıq və yorğan sektorunda da bir ilk yaradaraq Amerikann məşhur markalarını özündə birləşdirən Dartiste Bedding mağazamızın fəaliyyətinə start verdik. Bununla da Azərbaycanda döşək sektorunda keyfiyyətin nə və necə olduğunu göstərməyə çalışdıq və nail olduq.

Bunlarla yanaşı dunyaya açılan ilk qolumuz Rosella mağazası ilə də Dubayda mebel sektorunda tez bir zamanda tanınmağı və böyük müştəri kütləsinə özümüzü sevdirməyi bacardıq. Xüsusi layihələndirmə, dizayn və sizin istəyinizə uyğun proyektlər hazırlamaq bizim uzun illərdən bəri böyük sevgiylə gördüyümüz bir işdir.

74
İllik təcrübə
350+
Məhsul çeşidi
78+
Peşəkar personal
7
Satış mərkəzi
Yüksək keyfiyyət
İstehsal olunmuş mallarımız bütün keyfiyyət standartları nəzərə alınmaqla istehsal olunur. Beləki istifadə olunmuş materialın ən yüksək keyfiyyətlərə sahib olması bizim ən başlıca prinsiplərimizdən biridir.
İstəyə uyğun dizayn
Mağazalarımızda satışla yanaşı müştərilərin istəyinə uyğun olaraq dizayn xidmətini həm yerli, həm türk, həm də italyan memarları ilə birgə həyata keçiririk. Beləliklə siz evinizi real olaraq öncədən canlı görmə imkanı əldə edirsiniz.
İstənilən tərz mebel
Mağazalarımızda Türkiyə və İtalyanın bütün növ tərzdə mebellərini görə bilərsiniz. Bununla yanaşı mağazamızda olmayan hər hansı dizaynerin sizin üçün özəl hazırlamış olduğu proyektin eynisini sizə istehsal etmə gücünə sahibik.
Müştəri məmnuniyyəti
Müştəri məmnuniyyəti uzun illərdir bizi ayaqda tutan və həmişə yeniliklərlə irəliyə getməyimizə stimul verən amildir. Bugün bir müştərinin məmnuniyyəti gələcəkdə bizə daha çox müştəriyə satış etmək demək olduğunu başa düşürük.
Ən son xəbərlər

Arche luxury Sharjah

Sizləri yeni ünvanda fəaliyyətə başlanmış Arche Luxury Sharjah mağazamızda yeni modəllərlə yerində tanış olmağa dəvət edirik. ...
Daha ətraflı

Made in ITALY

İtalyanın məşhur markalarından hazırlanmış növbəti bir proyektimiz. ...
Daha ətraflı

uğurlu təslimat

Arche və Dartiste bedding markalarımızın bir yerdə tamamladığı uğurlu layihələrdən ... ...
Daha ətraflı

Rosella Mebel xidmətinizdədir.

Arche Luxury Sharjah 2011 ci ildən bəri Şarja şəhərindəki ...
Daha ətraflı